Rusiyalı deputat Finlandiya və İsveçi atom bombası ilə HƏDƏLƏDİ - VİDEO

Rusiyalı deputat Finlandiya və İsveçi atom bombası ilə HƏDƏLƏDİ - VİDEO

19 May 2022 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlev İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini emosional şəkildə şərh edib.

Oxuməni.az xəbər verir ki, yerli telekanalların birində qonaq olan rusiyalı deputat Finlandiya və İsveçi atom bombası ilə hədələyib.

O bildirib ki, NATO ilə mümkün münaqişə yaranarsa, bu ölkələr tamamilə məhv olmaq təhlükəsi ilə üzləşəcək:

“İsveçlilər və finlər sadə bir şeyi başa düşməlidirlər. Biz onlarla yalnız bir halda birbaşa döyüşə girəcəyik – NATO ilə müharibəmiz olarsa! NATO ilə müharibə dronlarla olmayacaq. Nüvə silahı ilə olacaq.

Nə qədər NATO ölkəsinin məhv olması bizi maraqlandırmır - 28 və ya 32. Onlar bunu aydın başa düşməlidirlər".