Zelenski Azərbaycan əsilli komandirə “Ukrayna Qəhrəmanı” adı verdi

Zelenski Azərbaycan əsilli komandirə “Ukrayna Qəhrəmanı” adı verdi

17 May 2022 12:47
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli ukraynalı hərbçiyə “Ukrayna Qəhrəmanı” fəxri adını verib.

Oxuməni.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, Zelenski 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli Ukrayna vətəndaşı baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adını verib.