Putindən şok açıqlama:  NATO-nun Finlandiya və İsveç hesabına genişlənməsi Rusiya  üçün  təhlükə yaratmır

Putindən şok açıqlama: NATO-nun Finlandiya və İsveç hesabına genişlənməsi Rusiya üçün təhlükə yaratmır

16 May 20:09
162
Bəyəndim (0) Bəyənmədim (0)

Vladimir Putin qeyd edib ki, NATO-nun Finlandiya və İsveç hesabına genişlənməsi Rusiya Federasiyası üçün birbaşa təhlükə yaratmır, çünki Moskvanın bu ölkələrlə heç bir problemi yoxdur. “Ona görə də bu mənada müttəfiqliyin bu ölkələrin hesabına genişlənməsi Rusiya üçün birbaşa təhlükə yaratmır”, - deyə Rusiya prezidenti fikirlərini yekunlaşdırıb.

Rusiya Prezidenti Vladimir Putin NATO-nun Finlandiya və İsveçdə hərbi varlığının genişləndirilməsinə Moskvanın cavabı barədə xəbərdarlıq edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya dövlətinin başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kremldə keçirilən sammitində deyib.

O, Moskvanın sözügedən ölkələrdə NATO-nun hərbi infrastrukturunun genişləndirilməsinə cavab verəcəyini bildirib: “Bu əraziyə hərbi infrastrukturun genişləndirilməsi (Finlandiya və İsveç - red.) şübhəsiz ki, bizim cavabımıza səbəb olacaq”.

“Bizim üçün yaradılacaq təhdidlər əsasında bunun nəyə əsaslanacağına baxacağıq”, - Putin qeyd edib.

Rusiya lideri hesab edir ki, “əslində problem sıfırdan yaradılır”.

“Bu, sonsuz genişlənmə siyasətindən əlavə, Şimali Atlantika Alyansı həm də öz coğrafi təyinat yerindən, Avro-Atlantikdən kənara çıxır, beynəlxalq məsələlərə getdikcə daha fəal şəkildə qarışmağa və təhlükəsizlik baxımından beynəlxalq vəziyyətə nəzarət etməyə, onlara təsir göstərməyə başlayır. Və bu, ən yaxşı şəkildə deyil. Bu, əlbəttə ki, bizim tərəfimizdən əlavə diqqət tələb edir”, - Putin əlavə edib.