“Ukraynanın NATO-ya üzvlüyü Rusiya ilə Alyansın toqquşmasına səbəb ola bilər“

“Ukraynanın NATO-ya üzvlüyü Rusiya ilə Alyansın toqquşmasına səbəb ola bilər“

16 May 14:48
115
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.

Oxuməni.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Ukraynanın NATO-ya daxil olmsı Rusiya ilə NATO arasında toqquşmaya səbəb ola bilər. Biz Finlandiya və İsveçin NATO-ya qoşulmasının Rusiyanın təhlükəsizliyinə yarada biləcək təhdidi diqqətlə izləyirik”, - o bildirib.

Xatırladaq ki, Rusiya əvvəllər də belə iddialarla və hədələrlə çıxış etmişdi. Amma NATO-ya digər üzvlərin qəbul edilməsinin qarşısını ala bilməmişdi. İndi də Rusiya çətin ki, Finlandiya, İsveç və digər dövlətlərin, o cümlədən Ukraynanın NATO-ya üzvlüyünə mane ola bilsin.