Terrorçudan Putinə ismarıc: "Zibilin içindəsən!"

Terrorçudan Putinə ismarıc: "Zibilin içindəsən!"

13 May 2022 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

"Sergey Şoyqu faner marşaldır, Putinin özü isə cinayətkardan da betərdir"

"Novorossiya"nın başçısı Girkin Şoyqunun "üzərinə gedib" və Putindən satqının başını göstərməyi tələb edib

Tanınmamış "Donetsk xalq respublikası"nın keçmiş müdafiə naziri, 2014- cü ildə Donbasdakı hadisələrin fəal iştirakçısı, "xalq respublikaları"nın yaradılmasında özünün xidmətlərini gizlətməyən İqor Strelkov-Girkin Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Ukrayna kampaniyasının iflasa uğramasında günahkarların cəzalandırılmasını tələb edib.

Oxuməni.az xəbər verir ki, bunu o, özünün "Telegram-kanalı"nda yazıb.

"Ukraynadakı vəziyyət barədə Sizə yalan məlumat verənin başını göstərin, onun sayəsində zibilin içindəsiniz, - Girkin deyib. - Heç olmasa, bircə nəfərin başını göstərin. Nədən başlamaq lazımdır? Əlbəttə, kadrlardan. Bunu etməsəniz, müharibəni uduzacaqsınız".

Girkinin fikrinə görə, belə vəziyyət, yəni müharibənin uduzulması Kreml rəhbərliyinin xeyli hissəsini, o cümlədən müdafiə naziri Şoyqunu qane edəcək.

"Mən birbaşa Sergey Şoyqunu ən azı cinayətkarcasına səhkənlarlıqda ittiham edirəm", - terrorçu bəyan edib.

Girkin ilk dəfə deyil ki, Rusiyanın hərbi rəhbərliyinin ünvanına qəzəbli çıxışlar edir. Məsələn, martın sonunda o, Şoyqunu "faner marşal" adlandırıb. O, həmçinin deyib ki, rusiyalı hərbçilər Ukraynanın zəbt etdikləri ərazilərə nəzarət etmək iqtidarında deyil. Girkin xəbərdarlıq edib ki, Putinin avantürası SSRİ- nin Finlandiyaya qarşı iflasa uğrayan rüsvayçı "qış müharibəsi"nin analoquna çevrilə bilər.

Bundan əvvəl, 2020- ci ilin mayında Dmitri Qordona müsahibəsində o, bəyan edib ki, "Putinin komandası yalnız oğurlamağı bacarır", prezidentin özü isə "cinayətkardan da betərdir". Həmin söhbətdə Girkin 2014- cü ildə Donbas səmasında Malayziyanın "Boing" təyyarəsinin vurulmasında dolayısı ilə özünün məsuliyyətini təsdiq edib.

Xatırladaq ki, 2020- ci ilin martında Haaqada məhkəmə prosesi başlanıb, bortunda 298 sərnişinin olduğu təyyarənin qəzasında qiyabi olaraq Girkin və onun tabeliyində olan üç nəfər- Sergey Dubinski, Oleq Pulatov və Leonid Xarçenko ittiham edilib. İttiham aktının əsasını Niderlandın Təhlükəsizlik Şurasının və Birləşmiş istintaq qrupunun araşdırmaları təşkil edib.