"Azərbaycan ordusu istədiyi vaxt sərbəst şəkildə Sisiana qədər gedə bilər..."

"Azərbaycan ordusu istədiyi vaxt sərbəst şəkildə Sisiana qədər gedə bilər..."

13 May 12:42
171
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq bir ildən çoxdur ki, Azərbaycan Silahlı Qüvvələri Sünik rayonundakı Qara göl ərazisini "işğal edib" və qoşunları geri çəkmir. Göründüyü kimi, hakimiyyət Nikol Paşinyanın seçki kampaniyası zamanı dediyi kimi, yalnız "Qara gölün 30%-nin işğalına görə" müharibə elan etmək və azərbaycanlılara mane olmaq fikrində deyil.

Oxuməni.az xəbər verir ki, bu fikirlər bugünkü “Hraparak” qəzetində ifadə olunub.

“Gölün yaxınlığındakı yaşayış məntəqələrindən siqnallar aldıq ki, bu ərazidə döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayı azalıb, onlar hazırda bir-birindən kifayət qədər böyük məsafədə yerləşirlər və düşmən istədiyi vaxt sərhədi keçə və sərbəst şəkildə Sisiana çata bilər”, – deyə erməni qəzeti əlavə edir.

Zəruri şərh:

Erməni nəşrlərinə bir daha xatırladırıq ki, Azərbaycan ordusu kimsənin bir qarış torpağını işğal etməyib. Sadəcə, sovet dövründən bəri müəyyən olunmuş və BMT, dünya ictimaiyyəti tərəfindən tanınmış dövlət sərhədlərini bərpa etməyə çalışır. Və konkret Qara gölə gəldikdə, Azərbaycan SSR Nazirlər Sovetinin qərarıyla yaradılmış Qara göl dövlət qoruğunun əhatə etdiyi bütün ərazi sovet dövründə bütövlükdə Azərbaycana aid olub. Lakin 1992-ci ilədək Moskva ilə İrəvanın müştərək planlarıyla digər ərazilərimiz kimi Qara gölün də bir hissəsi qanunsuz olaraq Ermənistan təsərrüfatlarına qatılıb. Laçın rayonun işğalıyla isə bütövlükdə Ermənistanın nəzarətinə keçib. Və nəhayət, 44 günlük savaşdan sonra Qara göl işğaldan azad edilib...

Daha dərinə getsək, ümumiyyətlə, bütövlükdə Ermənistan ərazisi və ayrıca Qərbi Zəngəzur sovet dövründə və ondan əvvəl qanunsuz şəkildə Ermənistan ərazilərinə qatılıb... Odur ki, bu mövzuda sussanız, daha yaxşı olar...Moderator.az