İşğalçılar Buçada 10 yaşlı qızın pianosuna qumbara bağladı...-Faşistliyin son həddi...

İşğalçılar Buçada 10 yaşlı qızın pianosuna qumbara bağladı...-Faşistliyin son həddi...

13 May 11:06
85
Bəyəndim (0) Bəyənmədim (0)

Kiyev vilayətinin Buça şəhərində Rusiyanın barbar və faşist işğalçıları 10 yaşlı qızın pianosuna qumbara qoyublar.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat paylaşıb.

"Buça sakini Tatyana Monko, nəhayət, evinə qayıdarkən mənzilinin darmadağın edilməsi ilə yanaşı, möcüzəvi şəkildə işə düşməyən ölüm tələsini də görüb" -deyə nazir müşaviri bildirib.

Geraşenkonun sözlərinə görə, işğalçılar qadının 10 yaşlı qızına məxsus pianonun çəkicləri altına "VOQ-25P" lüləaltı qumbara bağlayıblar.

"Qadının sayıqlığı sayəsində heç kim xəsarət almayıb və onun çağırdığı istehkamçılar qumbaranı çıxararaq zərərsizləşdiriblər", - Ukrayna rəsmisi əlavə edib.moderator.az