Mateuş Moraveski :"Rus dünyası" Avropa üçün təhlükədir - Dərhal və yerindəcə məhv edilməlidir

Mateuş Moraveski :"Rus dünyası" Avropa üçün təhlükədir - Dərhal və yerindəcə məhv edilməlidir

13 May 10:43
75
Bəyəndim (0) Bəyənmədim (0)

Polşanın Baş naziri Mateuş Moraveski "rus dünyası"nın məhv edilməsinin zəruriliyini bəyan edib.

Oxuməni.az xəbər verir ki, siyasətçi fikirlərini "The Telegraph"da bildirib.

" "Rus dünyası bütün Avropa üçün ölümcül təhlükə yaradan xərçəngdir. Ona görə də Rusiya ilə hərbi mübarizədə Ukraynaya dəstək vermək kifayət deyil. Biz bu dəhşətli ideologiyanı tamamilə yox etməliyik", - deyə Mateuş Moraveski qeyd edib.

Bundan əvvəl Moraveski Polşadakı rusofobiyanı ölkə fəaliyyətinə təsir göstərdiyinə sübut kimi qiymətləndirmişdi. "Polşa burada müəyyən növ standartlar müəyyən edir. Əvvəllər rusofobiya adlanan şey indi əsas cərəyandır", - baş nazir qeyd edib.

Ən rezonans doğuran hadisə isə mayın 9-da faşizm üzərində Qələbə günündə Varşavada sovet əsgərlərinin qəbirləri önünə əklil qoymaq istəyən Rusiya səfiri Sergey Andreyevə hücum olub. Bundan sonra Polşanın daxili işlər naziri Mariuş Kaminski diplomata hücum edən insanların emosiyalarını anladığını bildirib. Eyni zamanda, xarici işlər naziri Zbiqnev Rau hücumu "baş verməməli olan və təbii ki, təəssüf doğuran hadisə" adlandırıb.

Moskva bu addıma tez reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Polşa hakimiyyəti bütün icazə verilən sərhədləri keçib və sadəcə olaraq, bəlkə də onlar üçün mövcud olmayan əxlaqı tapdalayıb. Diplomat Varşavanı təkcə rusofobiyaya göz yummaqda deyil, həm də onun avanqardına qoşulmaqda ittiham edib.

Daha sonra Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbə daha balanslı siyasət yürütməyi tövsiyə edib. O xəbərdarlıq edib ki, Rusiya ilə NATO arasında nüvə silahının istifadəsi ilə bağlı münaqişə başlaya bilər və bu, bütün tərəflər üçün fəlakətli ssenari olacaq. Moraveskinin ilkin anti-Rusiya bəyanatlarını şərh edən Medvedev siyasətçinin rusofobiya əsasında "dəli olduğunu" bəyan edib.publika.az