NATO ilə münaqişə nüvə müharibəsinə çevrilə bilər - Medvedyev yenə dünyaya "xox" gəlir

NATO ilə münaqişə nüvə müharibəsinə çevrilə bilər - Medvedyev yenə dünyaya "xox" gəlir

12 May 15:30
100
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ilə NATO arasında birbaşa münaqişə baş verərsə, o, nüvə müharibəsinə çevrilə bilər və bu, bütün tərəflər üçün fəlakətli ssenari olacaq.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.

“NATO ölkələrinin Ukraynaya silah verməsi, onun qoşunlarının Qərb texnikasından istifadəyə öyrədilməsi, muzdluların göndərilməsi və alyans ölkələrinin bizim sərhədlərimizə yaxın təlimlər keçirməsi NATO ilə Rusiya arasında birbaşa və açıq münaqişə ehtimalını artırır. Belə münaqişələrdə həmişə tammiqyaslı nüvə müharibəsinə çevrilmək riski mövcuddur daşıyır. Bu, hamı üçün fəlakətli ssenari olardı”, - Medvedyev bildirib.

Onun sözlərinə görə, əcnəbi analitiklər NATO ilə Rusiya arasında mümkün müharibə haqqında danışmağı dayandırmırlar və onların sinizmi getdikcə daha açıq şəkildə özünü büruzə verir: "Xaricilər Rusiyanın “dünyanı nüvə münaqişəsi ilə qorxutması” tezisini gündəmə gətirməyə çalışırlar”.

O, xarici ölkələrin nümayəndələrini hərəkətlərinin mümkün nəticələri barədə düşünməyə və “rusofobiya paroksizmində öz tüpürcəkləri ilə boğulmamağa” çağırıb.

D.Medvedyev əvvəllər də nüvə müharibəsinin başlanması ehtimalını qiymətləndirib. Mart ayında RİA Novosti-yə müsahibəsində siyasətçi deyib ki, heç kim müharibə istəmir, lakin nüvə münaqişəsi təhlükəsi həmişə mövcuddur.