"Nüvə şantajı çox təhlükəli oyundur, Qərbin cavabı heyrətamiz olacaq"

"Nüvə şantajı çox təhlükəli oyundur, Qərbin cavabı heyrətamiz olacaq"

11 May 20:07
117
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Moskva və Sankt-Peterburqu 90 saniyəyə məhv edə bilər

Rusiyanın yeni "Sarmat" qitələrarası ballistik raketləri Reyqanın prezidentlik dönəmində yaradılan "Ulduz müharibələri" vasitələri ilə dəf edilə bilər

Böyük Britaniyanın "eskadra mina gəmiləri" istənilən nüvə hücumunun qarşısını alacaq

Putinin nüvə təhdidi: ABŞ, Britaniya və müttəfiqləri buna necə cavab verə bilər?

Müharibə baş verəcəyi təqdirdə Qərb Rusiya şəhərlərini cəmi 90 saniyəyə Yer üzündən silmək iqtidarındadır.

Oxuməni.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Express" nəşri yazıb.

Rusiya prezidenti Vladimir Putin son aylar dəfələrlə Qərbin Ukraynada davam edən hərbi əməliyyata müdaxilə edəcəyi təqdirdə nüvə çəkindirmə qüvvələri ilə təhdid edib.

Qərb müttəfiqləri belə hücuma necə cavab verə bilər?

Aprel ayında Putin bəyan edib ki, əgər ABŞ, Böyük Britaniya və onların müttəfiqləri hədlərini aşaraq Ukraynaya hərbi müdaxilə etsələr, onun ölkəsi "ildırım sürətilə" cavab verəcək.

69 yaşlı Rusiya lideri daima silahla hədələyir və bununla Ukraynaya göstərilən dəstəyin qarşısını almağa cəhd edir, nüvə silahı mövzusu müntəzəm olaraq Qərbi təhdid etmək üçün qaldırılır.

İki həftə öncə Putin Rusiya qanunvericilərinə müraciətlə bəyan edib: "Əgər baş verən hadisələrə kimsə müdaxilə etmək və Rusiya üçün bilavasitə strateji xarakterli təhlükə törətmək niyyətinə düşərsə, onlar bilməlidir ki, bizim cavabımız ildırımsürətli olacaq".

"Bunun üçün bizim bütün vasitələrimiz var- elə vasitələr ki, heç kim bununla lovğalana bilməz. Biz isə lovğalanmayacağıq, biz onlardan lazım gəlsə istifadə edəcəyik. Və mən istəyirəm ki, bunu hamı bilsin".

Məlum olduğu kimi, Moskvanın 5 977 vahid nüvə silahı var, bu, NATO blokunun birlikdə malik olduğu 5 943 vahiddən bir az çoxdur.

Bəs Qərb Rusiya tərəfindən nüvə zərbəsi endiriləcəyi halda necə cavab verə bilər?

Əgər Putin Britaniya və ya NATO- nun başqa bir ölkəsinə nüvə silahı tətbiq edərsə, bu, alyansın Nizamnaməsinin 5- ci maddəsinə görə onun üzvü olan bütün 30 dövlətə qarşı hücum hesab ediləcək.

"London Evening Standard" nəşrinin hərbi məsələləri işıqlandıran redaktoru Robert Foks LBC radiostansiyasından Metyu Rayta deyib ki, Qərbin bu cavabı heyrətamiz olacaq, Moskva və Sankt- Peterburq şəhərləri iki dəqiqədən də az zaman ərzində Yer üzündən silinəcək.

O, bəyan edib: "Nüvə şantajı çox və çox mürəkkəb oyundur, düşünürəm ki, rus generalları bunu bilir".

"Putin ordusunda adamlar bunu bilir, ona görə ki, bu işdə qaliblər olmayacaq".

İki həftə öncə Rusiyanı işıqlandıran BBC- nin redaktoru Stiv Rozenberq "Twitter" səhifəsində Londona xəbərdarlıq edən və Rusiyanın dövlət televiziyasında yayımlanan reportaj barədə məlumat verib. Reportajda Moskvanın Britaniyanı özünün gücü 100 meqaton olan "Sarmat" qitələrarası ballistik raketi ilə "həmişəlik batıracağı", sunami yaradacağı və "radioaktiv səhraya" çevirə biləcəyindən söhbət gedib.

Lakin Britaniya nüvə başlıqlarını zərərləşdirmək üçün bütün zəruri müdafiə vasitələrinə malikdir. Məsələn, o, belə nüvə silahını ələ keçirmək və məhv etmək üçün Amerikanın "Ulduz müharibələri" kimi tanınan "Strateji Müdafiə Təşəbbüsü" vasitələrindən istifadə edə bilər. Bu sistem 1984- cü ildə ABŞ və SSRİ arasında "soyuq müharibə" gedən zaman Ronald Reyqanın prezidentliyi zamanı yaradılıb.

Bundan başqa, hökumət 45 tipli esminesdən (eskadra mina gəmisi) istifadə edə bilər ki, onun da müdafiə sistemləri istənilən nüvə hücumunu dəf edə bilər.

Lazım gələrsə, bu gəmilər Londonun və ətraf rayonların müdafiəsi üçün Temza çayının mənsəbində yerləşdirilə bilər.

Nüvə müharibəsi olacaqmı?

Mart ayında Putin Rusiya nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə keçirəndə, o, yaxın zamanlarda onların tətbiq ediləcəyi barədə heç bir siqnal göndərməyib. Üstəlik, əvvəllər o, xəbərdarlıq edib ki, nüvə müharibəsi təhlükəsini görməzdən gəlmək olmaz və belə münaqişə "bütün bəşəriyyətin, ola bilsin, bütün planetin məhvinə gətirib çıxara bilər".

Qərb rəhbərləri mümkün nüvə müharibəsinin ehtimal edilən nəticələrini çox gözəl anlayır və belə təhlükənin olması NATO- nun Ukraynada döyüş əməliyyatlarına cəlb olunmasına imkan vermir.

Ceyms Qrey