"Ölümcül qorxu keçirən Putinin sonu yaxınlaşır və onun ölümdən sonrakl taleyi dəhşətli olacaq"

"Ölümcül qorxu keçirən Putinin sonu yaxınlaşır və onun ölümdən sonrakl taleyi dəhşətli olacaq"

9 May 2022 20:15
Bəyəndim (0) Bəyənmədim (0)

"Putin "atom həyəcanı" və "NATO ilə dəhşətli toqquşma"dan vaz keçib"

"Nə NATO- nun Rusiyaya, nə də Ukraynanın Krıma hücum etmək niyyəti olmayıb"

Rəsmi Kiyev Putinin hərbi paraddakı çıxışına sərt münasibət bildirib

Böyük Vətən müharibəsində Qələbənin 77- ci ildönümü münasibətilə Moskvada, Qırmızı meydanda hərbi paradda çıxış edən Rusiya prezidenti Vladimir Putin Ukraynaya hərbi müdaxiləsini "yeganə düzgün qərar" adlandırıb və bunun NATO- nun hazırladığı təcavüzünə qabaqlayıcı zərbə olduğunu bəyan edib.

Əsas hissəsi qonşu ölkədə "xüsusi əməliyyat"a haqq qazandırmasına yönələn çıxışına Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak münasibət bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

O, qeyd edib ki, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi üçün heç bir rasional səbəb olmayıb, bu, yalnız Rusiya hakimiyyətinin ağrılı imperiya ambisiyaları ucbatından baş verib.

"Gəlin, bir də danışaq. NATO ölkələri Rusiyaya hücum etməyə hazırlaşmayıb. Ukrayna Krıma hücum etməyi planlaşdırmayıb. Bu müharibənin Rusiyanın ağrılı imperiya ambisiyalarından başqa heç bir əsaslı səbəbləri olmayıb", - Podolyak deyib.

Öz növbəsində hərbi analitik, prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestioviç Putinin nitqində Rusiya prezidentinin karyerasının sona yaxınlaşdığını görüb.

"Ciddi desək, Putinin nitqində həlledici ifadə "qlobal müharibənin yolverilməzliyi" barədə fikri olub. Bu, "atom həyəcanı"nın və "NATO ilə dəhşətli toqquşma"nın ləğvi anlamına gəlir.

Yaşlı, xəstə, ölümcül qorxu keçirmiş balaca adama bənzəyən, imperiya sahibi olan Putin, nəhayət, dünya güclərinin çemodanını daşıyan Putinlə görüşüb! Dairə qapanıb. Onun sonu yaxınlaşır. Onun ölümdən sonrakı taleyi dəhşətli olacaq", - Arestoviç özünün "Facebook" səhifəsində yazıb.

Xatırladaq ki, bu gün, mayın 9- da, Moskvada hərbi parad keçirilib. Paradda 11 min adam, 131 vahid silah və xüsusi texnika iştirak edib.

Paradın hava bölümündə İl- 80 "Qiyamət günü" təyyarəsinin komanda bortunun çıxışı isə ləğv edilib.

Rəsmən bunun hava şəraiti ilə bağlı olduğu deyilsə də, hərbi ekspert Oleq Jdanov bunun siyasi səbəblərdən baş verdiyi qənaətindədir. O, əmindir ki, bu jesti ilə Putin Qərbə nüvə silahını işlətməyəcəyi barədə siqnal göndərib.