Rusiyanın Ukraynaya hücum etmək üçün səbəbi yoxdur

Rusiyanın Ukraynaya hücum etmək üçün səbəbi yoxdur

26 Yanvar 10:49
102
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın zamanlarda Rusiya tərəfindən hücum olmayacaq.

Oxuməni.az xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Aleksey Reznikov bildirib.

Nazir bildirib ki, hərbi baxımdan Rusiyanın hücum etmək üçün səbəbi yoxdur: “Amma bu, rusların hücum etməyəcəyi mənasını vermir. Risk hər zaman var”.

Xarici ölkələrin iştirakı şərti ilə Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşməyə hazır olduğunu bildirən Reznikov əlavə edib ki, Brüssel, Münixdə ABŞ və Birləşmiş Krallıq kimi partnyorların iştiralı ilə Şoyqu ilə müzakirələr aparmağa hazırdır.

Bu arada isə Ağ Ev ABŞ Prezidenti Co Baydenin Ukraynaya qoşun göndərmək niyyətində olmadığını açıqlayıb.

Ağ Evin sözçüsü Cen Psaki Rusiyanın hər an Ukraynanı işğal etməklə təhdid etdiyini deyib. O, Rusiya Prezidenti Vladimir Putinin beynindən keçənləri oxuya bilmədiklərini söyləyib. ABŞ-ın hər cür ssenariyə hazır olduğunu vurğulayan Psaki qeyd edib:

“Üstünlük verdiyimiz yol diplomatiyadır, amma sərhəd bölgəsində hərəkətliliyin artdığını görürük”.