Türkiyədə yağan güclü qarın hündürlüyü bəzi yerlərdə  1,5 metrə çatıb

Türkiyədə yağan güclü qarın hündürlüyü bəzi yerlərdə 1,5 metrə çatıb

26 Yanvar 08:37
129
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Kastamonu vilayətinin Kürə rayonunda yağan güclü qar həyatı iflic edib.

Oxuməni.az xəbər verir ki, avtomobillər iki metrə yaxınlaşan qarın altında qalıb.

Rayon mərkəzində 1,5 metri keçən qarın qalınlığı kəndlərdə iki metrə çatıb.

Vətəndaşlar evlərin damında və nəqliyyat vasitələrinin yerləşdiyi ərazilərdə qar təmizləmə işləri aparır.

Sürücülər avtomobillərini qar altında tapmaq üçün xeyli vaxt sərf edirlər.

Fatih Ahmet Sunar üç ildir Kürə rayonunda yaşadığını və indiyədək belə qar yağmasını görmədiyini deyir:

"Güclü qara görə bir həftədir avtomobilimi istifadə edə bilmirəm. Maşını üçüncü cəhdimdə tapdım. Birincidə boş yeri qazmışdım. İkinci dəfə başqa bir maşın tapdım, ondan sonra isə öz avtomobilimi”.