Türkiyə və İsrail arasında şok gəlişmə - Ərdoğanın dəvəti qəbul olundu

Türkiyə və İsrail arasında şok gəlişmə - Ərdoğanın dəvəti qəbul olundu

21 Yanvar 2022 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə mümkün səfərinin müzakirə edildiyi bu günlərdə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə israilli həmkarı Yair Lapid arasında telefon danışığı olub.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İshaq Hersoq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər təklifini qəbul edib. İsrail prezidenti Ərdoğanın “Sizi Türkiyədə gözləyirik” dəvətinə telefon zəngində “Mən də gəlmək istəyirəm” cavabını verdiyi bildirilib.

Hələlik səfərin qrafiki açıqlanmasa da, Türkiyə və İsrail arasında müxtəlif səviyyələrdə danışıqlar davam edir.