20 il ərzində gizlənən mafioz qrupun rəhbəri Google Street View-in  (с Google Maps) köməyi ilə həbs edilib

20 il ərzində gizlənən mafioz qrupun rəhbəri Google Street View-in (с Google Maps) köməyi ilə həbs edilib

13 Yanvar 2022 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

20 il ərzində gizlənən İtaliyanın məşhur mafioz qrupunun rəhbəri Google Street View-in (с Google Maps) köməyi ilə İspaniyanın Qalapaqar çəhərində həbs edilib

Belə ki, etdiyi cinayətlərə görə Avropa məhkəməsi 2014-cü ildə İtaliya mafiyasının rəhbəri Coakkino Qamminonun həbsi barədə qərar qəbul edib .

Oxuməni.az The Guardian nəşrinə istinadən xəbər verir ki, 20 il ərzində axtarışda olan 61 yaılı mafiya liderinin gizləndiyi yer Google Street View (с Google Maps) vasitəsi ilə müəyyən edilib. Necə deyərlər, siz cinayət edə bilərsiniz, ancaq məhkəmədən qaçaraq gizlənə bilməzsiniz. Harada olmağınızdan asılı olmayaraq gizləndiyiniz yer Google Street View (с Google Maps) vasitəsi ilə müəyyən ediləcək. Məsələ ilə bağlı The Guardian nəşri yazır ki, cinayətkarların artıq qaçıb gizlənməsi olduqca çətin olacaq.

Qeyd edək ki, qətldə günahlandırılan Qamminonun adı İtaliyada ən çox axtarılan cinayətkarlar arasında idi. Qamminonun yerini Google Street View-lə (с Google Maps) müəyyən etdikdən sonra polis Madrid yaxınlığındakı Qalapaqar şəhərində onu həbs edib. Qammino soyadını və adını dəyişərək adı çəkilən şəhərdə baş aşpaz işləyirdi. O burada evlənmişdi və meyvə-tərəvəz satışı ilə məşğul olan şəxsi mağazası vardı. Google Street View-lə (с Google Maps) axtarış zamanı Qalapaqardakı El huerto de Manu (Manu bağı) adlı mağazanın qarşısında söhbət edən və Qamminoya oxşayan iki nəfərdən birinin fotosu diqqəti cəlb edib. Axtarış zamanı mağazaya yaxın ərazidəki daha bir Le Cocina de Manu (Manu mətbəxi) adlı kiçik restoranın satılması barədə verilən elan diqqəti cəlb edib. Facebook səhifəsində elan sahibinin şəkli nəzərdən keçirilərkən aşpaz geyimində Qamminonun olması müəyyən edilib. Ötən ilin dekabr ayının 17-də Qammino həbs edilib. Həbs edilərkən Qammino təəccüb içində polisdən soruşub: "Mən 10 ildir ailəmə belə zəng etməmişəm. Siz gizləndiyim yeri necə tapdınız?"

Öz növbəsində Palermo şəhərinin Baş prokuroru Frtançesko Lo Voy Britaniyanın The Guardian nəşrinə verdiyi müsahibəsində deyib ki, Qamminonun yerinin müəyyən olunaraq həbs edilməsinı təsadüfi bəxt gətirmək kimi dəyərləndirmək olmaz: "Biz onu illərlə axtarırdıq və nəhayət Google Street View (с Google Maps) vasitəsi ilə İspaniyada onun izinə düşə bildik. Google Street View (с Google Maps) bu işdə bizə böyük yardım etdi. Artıq cinayətkarlar qaçıb gizlənə bilməyəcəklər".

Emin Axund