Ermənilər  Qazaxıstandakı “sülhməramlı missiya”dan cəsarətləndilər  və ağır zərbə aldılar

Ermənilər Qazaxıstandakı “sülhməramlı missiya”dan cəsarətləndilər və ağır zərbə aldılar

12 Yanvar 12:58
460
Bəyəndim (0) Bəyənmədim (0)

“Ordumuz Ermənistanın Kəlbəcər istiqamətindəki təxribatına qarşı cavab tədbirləri nəticəsində düşmənin iki postu darmadağın edilib, oradakı silah-sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv olunub”.

Oxuməni.az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist 5-8 arası erməni hərbçisinin məhv edildiyini bildirib və düşmənin çox sayda yaralısının olduğunu bildirib.

Elçin Alıoğlu Ermənistanın üçtərəfli anlaşmalardan boyun qaçırdığını söyləyib:

“Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır. Bütün hallarda Azərbaycan ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Azərbaycan ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb.

Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur”.

Jurnalist KTMT-nin Qazaxıstandakı “sülhməramlı missiya”sından cəsarətləndiklərini bildirib:

“Görünür, Paşinyan və erməni generalları Qazaxıstanda “sülhməramlılar” rolunu sınadıqdan sonra daha da cəsarətləniblər. Amma siz çox səhv hesabladınız. Azərbaycan əsgərinə qarşı durmaq Almatı bazarını qorumaq deyil. Cavablarımız İsrail üslubundadır və olacaq”.