Nazarbayevin ən böyük səhvi ailəyə sədaqətinə görə Tokayevi vəzifəyə gətirməsi oldu

Nazarbayevin ən böyük səhvi ailəyə sədaqətinə görə Tokayevi vəzifəyə gətirməsi oldu

8 Yanvar 11:44
541
Bəyəndim (0) Bəyənmədim (1)

"Tokayevi isə əvəl axır ələ keçirib asacaqlar”.

“GDP (ümumi istehsal olunan məhsulun dollarla qiyməti) və Orta əmək haqqına görə Qazaxstan keçm sovet respublikaları arasında demək olar ki, yuxarı pillədə dayanır. Bəs nə üçün camaatın küçələrə çıxması 2 gün ərzində qazın qiymətinin qaldırılması məsələsindən siyasi müstəviyə keçib”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, ilk tələb Nazarbayevin siyasi səhnəni tərk etməsi onun ardınca prezidentin istefası tələbi irəli sürülüb.

“Çox ehtimal Prezident balaca bir regionda baş verən etiraz mitinqlərinin inkişaf edəcəyini bilirmiş. Tələsik höküməti istefaya göndərdi və qorxaqlıq əlaməti olaraq məni heç kim yerimdən tərpədə bilməz dedi. Çox ehtimal əvvəldən o rus qoşunlarını Qazaxstana çağıracağı və bu qoşunların sərhəddə gözlədiyini və bir neçə saata Qazaxstana daxil olacağını bilirdi.

İlk növbədə Qazaxstanın prezidenti Tokayev bütün parametirləri ilə prezidentliyə layiq deyildir. Onun ən böyük vəzifəsi Qazaxstanın Rusiyada səfiri vəzifəsi ola bilərdi. Nazarbayev onun ailəyə sadiqliyinə görə hakimiyyətə gətirdi. Ancaq o nə Nazarbayevi nə də onun ailəsini qoruyub saxlaya bilmədi indi özünü saxlamaq naminə xalqını qırmağa hazırlaşır.

Rusların Qazaxstanda yerləşməsi ona cəsarət gətirib. Bu insanın səhvləri:

1. İlk növbədə tələsik hökuməti istefaya göndərməkdir. Prezident özünün sədri olduğu komisiya yaratmalı və 5 gün analiz edəndən sonra hansı qərara gəldiyini elan etməlidir.

2. Bu insan qazın qiymətini aşağı saldı ancaq o etiraza qalxan regionda, nəticədə sabahı bütün Qazaxstan ayağa qalxdı. Məgər ağlı olan adam belə bir iş görərmi.

3. Bu öz xalqına qazax yox rus dilində müraciət etdi. Mən qazaxlarla çox yaxşı tanışam. Bu ölkədə qərbi ukraynalılar kimi çox saylı millətçilər var. Əgər yadınızdadırsa psevdoağıllı Putin “ümumiyyətlə Qazaxstanda heç vaxt dövlət olmayıb” bəyanatını verəndə Qazaxstan ziyalılarının cavabları ona və ruslara qarşı nifrətlə dolu cavablar idi. 21 milyon əhalisi olan Qazaxstanın əhalisinin 16 miliyonu qazaxdır, cənab prezident.

4. O faktiki Rusiya qoşunlarını Qazaxstana çağırdı. Rusiya da bunu sülhməramlı qüvvələr adlandırdı. Bu adam guya indiyə qədər sülhməramlı qüvvələr bir ölkədə iki xalqın bir-birinə qarşı vuruşması və ya bir dövlətin o biri dövlətə hucum edib əhalini qırması zamanı adlana bilər. Qazaxstana yeridilən hərbi qüvvələr sülhməramlı deyil prezidenti qorumaq üçün və ölkəni faktiki işğal edib bazalarını Özbəkistan və Türkmənistanla sərhəddə yerləşdirməkdir.

1990-cı ildən 10 il müddətində Nazarbayev ondan öncə ölkənin başçısı olmuş Kunayevin siyasətini davam etdirdi və bir çox yaxşı nəticələrə nail oldu. Sonra işdən istefa verib gedəndə yerinə nökər xislətli Tokayevi gətirdi. Ancaq yeni postlar yaradıb (konstitusion) özünü sədr elan etdi və ölkənin real rəhbəri Nazrbayev idi Tokayev yox.

Ölkədə iki hakimiyyət mövcud idi, bir çoxları Tokayevə tabe olmurdu, onu adam yerinə qoymurdular. Xaraktercə zəif olan Tokayev təki postuma dəyməsinlər nə istəyirlər etsinlər pozisiyası tutdu. Buda axırı.

Bu insan camaatın içərisinə çıxmır. Rayonlara getmir, camaatla ürəkdən söhbət etmir. Camaat bu adamı televizordan və rus dilində danışması ilə tanıyır.

Nəticədə Nazrbayev və ailəsi Qazaxstandan qaçdı. Tokayevi isə əvəl axır ələ keçirib asacaqlar”.