Paşinyanın partiyası bələdiyyə seçkilərində geriləyib

Paşinyanın partiyası bələdiyyə seçkilərində geriləyib

6 Dekabr 2021 13:02
71
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilərin növbəti mərhələsi keçirilib.

Oxuməni.az xəbər verir ki, Ermənistan mətbuatına istinadla xəbər verir ki, seçkinin ilkin nəticələri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyasının zəif nəticələr qazandığını göstərir.

Belə ki, Ermənistan MSK-sının açıqladığı ilkin nəticələrə görə, hakim partiya 36 məntəqədən yalnız 16-da seçicilərin 50 faizdən artığının səsini qazana bilib.

Paşinyanın partiyası ölkənin üçüncü ən böyük şəhəri olan Vanadzorda(Böyük Qarakilsə-red.) məğlub olub. Ancaq maraqlıdır ki, hakim partiya aparıcı müxalifət partiyalarına deyil, bu şəhərin hazırkı merinin yaratdığı siyasi bloka məğlub olub. Paşinyanın məğlub olduğu digər məntəqələrdə də əsas etibarilə yerli bələdiyyələrin hazırkı rəhbərləri hakim partiyanın namizədlərinə qalib gəliblər.

Ancaq məsələn, nisbətən iri şəhərlərdən olan Aştarakda(Əştərək-red.) Paşinyanınn partiyası müxalif “Daşnaksutyun” Partiyasına əzici üstünlüklə qalib gələrək, 79 faiz səs toplayıb. Qeyd edək ki, ümumiyyətlə, Ermənistanın aparıcı iri müxalifət partiyaları hazırkı bələdiyyə seçkilərində aktivlik göstərmirlər.

Ermənistanda mütəxəssislər son bələdiyyə seçkisinin nəticələrini Paşinyanın partiyasının geriləməsi kimi dəyərləndirirlər. Lakin bu geriləmə heç də Sarqsyan-Koçaryan blokunun irəliləməsi demək deyil. Belə görünür ki, əvvəlki hakimiyyəti qətiyyən sevməyən ermənilərin Paşinyana da inamı getdikcə azalmaqdadır.