"Instagram" və "Telegram"da nasazlıq yarandı

"Instagram" və "Telegram"da nasazlıq yarandı

5 Dekabr 2021 00:04
Bəyəndim (0) Bəyənmədim (0)

"Instagram" sosial şəbəkəsinin işində problemlər, "Telegram" messencerində nasazlıqlar müşahidə olunur.

Oxuməni.az xəbər verir ki, fasilələr əsasən Rusiya, Belarus və Ukraynada qeydə alınıb.

Nasazlıqlar barədə məlumat verən istifadəçilərin 54 faizi mobil tətbiqin işindən, 25 faizi sosial şəbəkənin saytından şikayət edir, daha 21 faizi isə serverlərə qoşulmaqda çətinliklərin olduğunu qeyd edir.

Rusiya, Belarus və Ukraynadan olan istifadəçilər "Telegram" messencerində də nasazlıqlar olduğunu bildiriblər.

İstifadəçilərin 45%-i proqramdakı, 34%-i serverə qoşulma, digər 21%-i mesajların qəbulu ilə bağlı problemlərdən şikayətləniblər.