“Mossad” rəhbəri: “İranın nüvə silahı olmayacaq – nə yaxın illərdə, nə də sonra”

“Mossad” rəhbəri: “İranın nüvə silahı olmayacaq – nə yaxın illərdə, nə də sonra”

3 Dekabr 2021 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya gücləri ilə İran arasında "pis" nüvə sazişi İsrail üçün "qəbuledilməz" olacaq, Mossad rəhbəri Devid Barnea, İslam Respublikasının heç vaxt nüvə silahı almayacağına vəd edərək deyib.

Oxuməni.az xəbər verir ki, bu barədə “Timews of Israel”in yayadığı məlumatda deyilir.

"Mülki məqsədlər üçün 60 faiz zənginləşdirilmiş urana ehtiyac olmadığı aydındır", - Devid Barnea deyib. “Üç zənginləşdirmə mərkəzinə ehtiyac yoxdur. Minlərlə aktiv sentrifuqaya ehtiyac yoxdur - əlbəttə ki, nüvə silahı yaratmaq niyyəti yoxdursa. İran regional hegemonluğa can atır, Yaxın Şərqdə sabitliyi daim təhdid edir...

Biz hazırıq və İsrail üçün təhlükəni azaltmaq və istənilən vasitə ilə qarşısını almaq üçün nə lazımdırsa edəcəyik. İranın nüvə silahı olmayacaq – nə yaxın illərdə, nə də sonra. Bu mənim vədimdir, Mossadın vədidir”.