FTB pakistanlının həyatını cəhənnəmə çevirdi – Casusluq təklifini rədd etdiyi üçün

FTB pakistanlının həyatını cəhənnəmə çevirdi – Casusluq təklifini rədd etdiyi üçün

3 Dekabr 2021 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

“Intercept” portalı ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) casusluq təklifini rədd etməsindən sonra pakistanlı Əsvəd Xanın başına gələnləri yazıb.

Oxuməni.az xəbər verir ki, Bostondakı Northeastern Universitetində biznes üzrə mütəxəssis olan Əsvəd Xan təhsilini başa vurduqdan sonra turist vizası ilə ABŞ-a gələrkən iki FTB agentinin qaldığı evə gələrək ona casusluq təklifi etdiyini deyib.

Agentlərin məscidlərlə bağlı casusluq təklifini rədd etdiyini bildirən Xan ondan bu barədə heç kimə danışmaması istəndiyini, ancaq hadisəni yaxınlarına danışdığını və onun üçün vəkil tutduqlarını söyləyib.

Bir neçə həftə sonra federal prokuror tərəfindən terror təşkilatları ilə əlaqəsi ilə bağlı sorğu-sual edildiyini bildirən Xan səfərinin sonunda ölkəsinə qayıtdıqdan sonra ABŞ-a getməyə çalışan yaxınları və dostlarının sorğu-sual edildiyini iddia edib. Xan yaxınlarının onunla münasibətlərinin olduğuna görə ABŞ-a buraxılmadıqlarını deyib.

Dostlarının ABŞ rəhbərliyi ilə problemi olduğu düşünüldüyü üçün onunla əlaqə saxlamağı dayandırdığını, sosial şəbəkədə onu blokladıqlarını, hətta ən yaxın dostunun belə onunla əlaqəsini kəsdiyini vurğulayan Xan FTB-nin təklifini geri çevirdikdən sonra həyatının alt-üst olduğunu söyləyib.

“The Intercept”ə açıqlama verən Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) yetkilisi Hina Şəmsi bildirib ki, casus olmaqdan imtina edənlərə ölkəyə giriş qadağasının qoyulması və onlardan qisas almaq FTB üçün adi bir təcrübədir:

“Həmin şəxs ABŞ vətəndaşı olmadığı üçün daha böyük problemlərlə üzləşir. Bu insanların özlərini müdafiə edə biləcəyi konstitusion hüquqları belə yoxdur”.