Qriqoryan: Moskvada üçtərəfli görüş pozuldu

Qriqoryan: Moskvada üçtərəfli görüş pozuldu

3 Dekabr 2021 00:13
150
Bəyəndim (0) Bəyənmədim (0)

Üçtərəfli işçi qrupun dekabrın 1-də Moskvada keçirilən iclasında razılaşmaları formalaşdırmaq mümkün olmayıb.

Oxuməni.az xəbər verir ki, bunu dekabrın 2-də “Azadlıq” radiosuna Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşünü şərh edərkən deyib.

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri faktiki olaraq Bakını Moskva görüşünü pozmaqda ittiham edib.

“Biz yolları açmağa hazırıq, Sovet İttifaqı dövründə mövcud olan infrastrukturun bərpasını müzakirə etməyə hazırıq. Biz Azərbaycanın ərazisindən başqa ölkələrlə əlaqə üçün istifadə edə bilək, eləcə də Azərbaycan Naxçıvanla əlaqə yaratmaq imkanı əldə etsin”, - Qriqoryan bildirib.

Belə olan halda niyə tərəflər razılığa gəlmədi sualına, Qriqoryan açıq şəkildə bildirdi ki, Azərbaycan müqaviləyə “dəhliz” məsələsini daxil etməyə çalışır ki, bu da Ermənistan üçün qəbuledilməzdir.

“Hesab edirəm ki, Azərbaycan Soçidə əldə olunmuş razılaşmaların təşviqinə imkan verəcək elə bir siyasi iradə nümayiş etdirə bilməz”.

Xatırladaq ki, regional kommunikasiyaların açılmasına dair razılaşma üç ölkə liderinin noyabrın 26-da Soçidə keçirilən görüşünün yekunları üzrə elan edilib. Bu razılaşma Moskvada sənəd şəklində rəsmiləşdirilməli idi, lakin bu baş vermədi.

Eyni zamanda erməni tərəfi yaxın vaxtlarda eyni səviyyədə daha bir görüşün baş tutacağını açıqlayıb. Bakı isə dekabrın 1-də Moskvada keçirilən görüşün nəticələrini şərh etməyib.