İranla atışma: Talıban İranın məntəqələrini ələ keçirdi?

İranla atışma: Talıban İranın məntəqələrini ələ keçirdi?

1 Dekabr 2021 23:05
Bəyəndim (0) Bəyənmədim (0)

İran sərhədçiləri ilə Taliban döyüşçüləri arasında atışma baş verib.

Oxuməni.az xəbər verir ki, bu barədə ilk məlumatı “Aamaj Nyus” yayıb. Bildirilib ki, toqquşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 17:00-da) başlayıb. Toqquşma səbəbi açıqlanmasa da, İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən “Dheris”, “Dost Məhəmməd” və “Bala-e Siyah Çeşmən” məntəqələrinin Talibanın nəzarətinə keçdiyi vurğulanıb.

“Etimad” nəşri isə artıq İran sərhədçiləri ilə Taliban hərəkatı arasında atışmanın dayandığını yazıb. Bildirilib ki, toqquşma zamanı bir-birinə artilleriya zərbələri də endirilib.

Taliban Əfqanıstan-İran sərhədində toqquşma olduğunu və hazırda atəşin dayandırıldığını təsdiqləyib. Əfqanıstanın informasiya və mədəniyyət nazirinin müavini Bilal Kərim "Tolo Nyus" kanalına bildirib ki, intensiv döyüşlər Əfqanıstanın qərbindəki Nimroz əyalətində (Kanqda) baş verib.

İran XİN sözçüsü Səid Xətibzadə də döyüşlərin iki ölkə arasında təmaslardan sonra dayandırıldığını bildirib.

İran tərəfinin iddiasına görə, atışmanı Taliban başladıb. Səbəb isə İran fermerlərinin sərhədi keçmək istəməsi haqda "yanlış təəssürat" olub.

Tehran sərhəd-keçid məntəqələrinin Talibanın nəzarətinə keçməsi barədə məlumatı təkzib edib.