Ermənistanda gərginlik: Azərbaycan üçün casusluq edən iki erməni...

Ermənistanda gərginlik: Azərbaycan üçün casusluq edən iki erməni...

1 Dekabr 2021 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bir qrup şəxs tərəfindən dövlətə xəyanət faktı üzrə cinayət işinin istintaqının başa çatması barədə məlumat yayıb.

Oxuməni.az erməni media resurslarına istinadən bildirir ki, MTX-nın yaydığı məlumata görə, araşdırma zamanı məlum olub ki, daimi işi və gəlir mənbəyi olmayan Ermənistan Respublikasının iki vətəndaşı birlikdə iş axtarmaq üçün İstanbula gediblər.

Onlar burada Azərbaycan xüsusi xidmət orqanlarının maraq sahəsinə düşüblər. Həmin şəxslər mükafat müqabilində Ermənistan Respublikasının ərazi toxunulmazlığına və xarici təhlükəsizliyinə xələl gətirəcək hərəkətlərə razılaşıblar.

Bununla da düşmən tərəfinə keçərək casusluq edib, dövlət sirri olan məlumatları toplayaraq xarici dövlətin hələ müəyyən edilməmiş nümayəndələrinə ötürməklə qarşı tərəfə qüvvə və vasitələrin dəqiq hesablamalarını aparmağa real imkan yaradıblar.

Erməni xüsusi xidmətinin məlumatında iddia edilib ki, Azərbaycan xüsusi xidmətinə işləməyə razılaşan ermənilər onlara tapşırılan vəzifələri icra ediblər. O cümlədən Ermənistan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrinin hərəkətləri və durumu haqqında məlumat əldə edərək qarşı tərəfə ötürüblər.

Bu məlumatlar döyüş əməliyyatlarının aparılması zamanı qarşı tərəfə məqsədyönlü və effektiv məhv edilməsi üçün əlverişli şərait yaradıb və nəticədə Qarabağdakı separatçı bölmələrə həvalə edilən tapşırıqların lazımi şəkildə yerinə yetirilməsinə mane olub, Ermənistan Silahlı Qüvvələrinin müdafiə xəttini yarmaq üçün əlverişli şərait yaradıb.

Ermənistan xüsusi xidmətinin məlumatında adı açıqlanmayan şəxslərin Ermənistan Respublikasının ərazi toxunulmazlığına və xarici təhlükəsizliyinə xəyanət etdiyi açıqlanıb.

Bildirilib ki, noyabrın 26-da casusların cinayət işinin istintaqı başa çatdırılıb və məhkəməyə verilməsi üçün prokurora göndərilib.