“Paşinyanın imkanı olsaydı, eyni əclaflıqları edərdi...“

“Paşinyanın imkanı olsaydı, eyni əclaflıqları edərdi...“

30 Noyabr 2021 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzi azərbaycanlı ekspertlər bu fikirdədirlər ki, indiki həssas məqamda Nikol Paşinyanın üzərinə çox getmək, onu küncə sıxmaq olmaz. Hətta “Paşinyanı da başa düşmək lazımdır” məzmunlu mesajlara da rast gəlmək mümkündür.

Oxuməni.az-ın verdiyi xəbərə görə, “Azərbaycan Politoloqlar Klubu”nun rəhbəri, siyasi şərhçi Nadir Şəfiyevin fikrincə, hazırda çox həssas məqamdır. O yenisabah.az-a verdiyi açıqlamasında :

“Paşinyan barədə bu açıqlamaları verən şəxslərin başa düşürəm. Çünki Paşinyanın Ermənistandakı alternativi Robert Koçaryan, Serj Sarkisyan və onu dəstəkləyən qüvvələrdir. Alternativlər faktiki olaraq azərbaycanlılara qaşrı soyqırımı həyata keçirən şəxslərdir. Onların əli dirsəyə qədər azərbaycanlı qanına batıb. Nikol Paşinyan məğlub Baş nazir yox, iraq-iraq, qalib olsaydı, o da həmin əclaflıqları edərdi. Amma məğlub olduğuna görə onlara nisbətən “təmizdir””,-deyib.

Politoloq hesab edir ki, düşmənin hər replikasına cavab verilməlidir:

“Amma cavab verərkən bir qədər ifrata varırıq. Paşinyanı uzunqulaq və ya başqa formada təqdim etmək, həqiqətən, yanlışdır. Siyasi mübarizə sivil şəklində aparılmalı, məntiqə və siyasi dəlillərə söykənməlidir. Belə olan halda, həm də ermənilərə imkan verməyəcəyik ki, bizi yenə də barbar kimi nümayiş etdirə bilməsinlər. Yəni biri var, məsələyə tənqidi yanaşma, erməni yalanlarının ifşası, biri də var ki, təhqirə keçid, müəyyən dərəcədə səviyyəsizlik. Müharibə zamanı döyüş bölgəsində onsuz da Paşinyana, Ermənistan ordusuna layiqli cavab vermişik. Amma siyasi müstəvidə bu, sivil formada həyata keçirməlidir”.