Bölgəyə yeni hərbi qüvvələr göndərilir - İran və Rusiyaya qarşı şok plan

Bölgəyə yeni hərbi qüvvələr göndərilir - İran və Rusiyaya qarşı şok plan

30 Noyabr 2021 11:12
148
Bəyəndim (0) Bəyənmədim (0)

“Qlobal Yerləşdirmə Hesabatı”nın hazırlanmasını tamamlayan ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərqdəki hərbi qüvvələrini Avropa və Sakit okean regionuna çəkməyə başladığı bildirilib.

Oxuməni.az “Anadolu”ya istinadən xəbər verir ki, Pentaqon Co Baydenin vəzifəyə başlamasından qısa müddət sonra onun göstərişinə əsasən bu hesabatı başa çatdırıb.

Bir Pentaqon rəsmisi hesabatın ABŞ ordusunun strateji planlarını ehtiva etdiyi səbəbiylə məxfi saxlanılacağını bildirib.

“Bu təlimat növbəti 2-3 il ərzində onlarla, hətta yüzlərlə adi yerləşdirmə qərarlarında özünü göstərəcək”, - açıqlamada deyilib.

Donald Tramp dövründə bir çox hərbi qərarların adekvat müzakirə edilmədən və müttəfiqlərə mümkün təsirləri ölçülmədən qəbul edildiyini qeyd edən rəsmi bu cür qərarların qəbulunda mülki administrasiyanın mühüm rol oynadığını deyib.

Onun sözlərinə görə, Amerika qüvvələrinin xaricə yerləşdirilməsini qiymətləndirmək üçün Qlobal Yerləşdirmə İcra Şurası yaradılacaq və Müdafiə Nazirliyi və Baş Qərargah, eləcə də döyüş komandanlığı, Dövlət Departamenti, Büdcə İdarəetmə İdarəsi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi də bu şurada iştirak edəcək.

ABŞ-ın Hind-Sakit okean bölgəsindəki hərbi varlığının və Çinlə rəqabətin əsas diqqət mərkəzində olduğunu bildirən rəsmi Pentaqonun Avstraliya ilə yanaşı Sakit okeandakı bəzi adalara da daimi qüvvələr yerləşdirəcəyini bildirib.

O, Sakit okean bölgəsində yeni yerləşdirmələr üçün araşdırmaların aparıldığını da diqqətə çatdırıb. Rəsmi bunun sözügedən bölgədə fəaliyyətləri və müharibə hazırlığını artırmağa xidmət etdiyini söyləyib.

Gələcəkdə artan Rusiya təhlükəsi nəzərə alınaraq, Avropaya əlavə hərbi qüvvələrin aparılacağını söyləyən Pentaqon rəsmisi bunun təfərrüatlarını açıqlamayıb.

ABŞ-ın Yaxın Şərqdəki bəzi raketdən müdafiə sistemləri və dəniz qüvvələrini Avropa və Sakit okean bölgəsinə köçürdüyünü deyən amerikalı rəsmi bununla yanaşı, İrana qarşı çəkindirmə üçün lazımi gücün təmin edilməsinin davam etdiriləcəyini də açıqlayıb.