Paşinyan Soçi bəyanatından qaça bilməz - Yevgeni Mixaylov

Paşinyan Soçi bəyanatından qaça bilməz - Yevgeni Mixaylov

29 Noyabr 2021 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

"Fikrimcə, Soçi görüşü bütün dünyaya açıq şəkildə göstərdi ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik və Azərbaycanla dostluq münasibətləri ilə birbaşa bağlı olan milli maraqlarına qarşı gedə bilməz"

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, "Jurnalist araşdırması" adlı "Youtube" kanalının aparıcısı Yevgeni Mixaylov Milli.Az-a açıqlamasında deyib.

Rusiyalı ekspert bildirib ki, Moskva bir daha sübut etdi ki, regionda əsas vasitəçi funksiyasından geri çəkilməyəcək:

"Bir çox ekspertlər görüşün məqsədəuyğunluğuna şübhə edirdilər, lakin Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birlikdə erməni baş nazir Nikol Paşinyanı inandıra bildi ki, əvvəllər əldə edilmiş razılaşmalardan (nəqliyyat dəhlizlərinin açılması və sərhədləri, delimitasiya, demarkasiyası prosesi) kənara çıxmaq mümkün deyil və bu, Paşinyanın İrəvanın buna hazır olması barədə sözlərini təsdiqlədi.

Moskva və Bakı birgə regionu müharibəsiz gələcək iqtisadi inkişafa yaxınlaşdırdı. İrəvan danışıqlar prosesinin istiqamətini dəyişdirə və onun nəticələrini Qərbə konsolidasiya edə bilmədi və bundan sonra Paşinyanla Əliyev arasında Brüsseldə keçiriləcək görüş (16 dekabr) sadəcə olaraq formal xarakter daşıyacaq. Soçi razılaşmalarını heç kim dəyişdirməyəcək. Moskva bir daha sübut etdi ki, regionda əsas sülhməramlı rolundan əl çəkməyəcək".