Bu gün Britaniya ilə İsrail arasında tarixi müqavilə imzalanacaq

Bu gün Britaniya ilə İsrail arasında tarixi müqavilə imzalanacaq

29 Noyabr 2021 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Böyük Britaniya ilə İsrail arasında müdafiə, kibertəhlükəsizlik, ticarət, elm və texnologiya mübadiləsi sahələrində strateji tərəfdaşlıq müqaviləsi bağlanacaq.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə hər iki ölkənin xarici işlər nazirlərinin “The Daily Telegraph” qəzetində dərc olunmuş birgə məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, yeni müqavilə dünyanı dəyişəcək, hər iki ölkədə yüksək ixtisaslı iş yerləri yarada və təhlükəsizlik qüvvələrimiz üçün yeni silahlar inkişaf etdirə biləcək texnoloji yeniliklərin yaranmasına gətirib çıxaracaq.

Bundan əlavə, tərəflər Böyük Britaniya və İsrail arasında azad ticarət zonasının yaradılması üzrə danışıqlara yeni təkan verməyi planlaşdırır.

İki ölkənin rəsmiləri İran rejiminin heç vaxt nüvə gücünə çevrilməməsini təmin etmək üçün çalışacaqlarını bəyan ediblər.