KTMT-nin 3 üzvü Bakını seçdi - Finkel

KTMT-nin 3 üzvü Bakını seçdi - Finkel

28 Noyabr 2021 21:38
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın KTMT üzrə üç müttəfiq ölkəsi - Qazaxıstan, Tacikistan və Qırğızıstan Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib.

Oxuməni.az-ın məlumatına görə, israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel Trend-ə açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpası ilə əlaqədar KTMT-yə üzv olan üç ölkənin Azərbaycanı təbrik etməsi çox vacibdir.

"Bu o deməkdir ki, Ermənistan KTMT-nin üzvü olmasına baxmayaraq, Azərbaycanla yaxınlıq və tərəfdaşlıq onlar üçün Ermənistanla olan bütün assosiasiyalardan qat-qat üstündür", - deyə o bildirib.

Onun sözlərinə görə, bu onu göstərir ki, KTMT-yə üzv olan dövlətlər Azərbaycana dəyər verir, onu özləri üçün yaxın ölkə hesab edir, onunla həmrəydir və qələbəsini, o cümlədən özləri üçün çox mühüm hadisə hesab edir:

"Bu həm də onu göstərir ki, bu ölkələr Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər və KTMT ölkələrinin sırasında kimin kim olduğunu bilirlər".

O qeyd edib ki, bu, Azərbaycanın həm diplomatik, həm beynəlxalq, həm də iqtisadi müstəvidə böyük qələbəsidir:

"Təbii ki, Azərbaycanın gələcəyi bütün cəbhələrdə hərtərəfli tərəqqi və regionda vəziyyətin yaxşılaşmasıdır. Əgər Ermənistan fikrini dəyişməsə və düzgün qərar verməsə, düzgün nəticə çıxarmasa, o zaman indiki vəziyyətdən də pis vəziyyətlə üzləşəcək".