Alman polisinin irqçi yazışmaları: “Dünən bir türkə təpik vurdum!“

Alman polisinin irqçi yazışmaları: “Dünən bir türkə təpik vurdum!“

26 Noyabr 2021 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Köln şəhərində zorakılıq nəticəsində bir nəfərin ölümünə səbəb olmaqda şübhəli bilinən polis əməkdaşlarının yazışmaları üzə çıxıb.

Oxuməni.az "Haber Qlobal" aistinadla xəbər verir ki, yazışmaların birində deyilir: “Dünən bir türkə təpik vurdum, sabah sizə ağzının və üzünün şəkillərini göndərəcəm”.

Aprel ayında Kölndə İtaliya vətəndaşı Gaetano B.-nin ölümündən sonra aparılan istintaq çərçivəsində onun ölümündə şübhəli polis məmurlarının mobil telefonlarındakı mesajlarda irqçi ifadələr aşkar edilib. .

Polis zorakılığının artmasına görə QHT-lər Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Reulun istefasını tələb ediblər.

Reul bu gün parlament iclasında deyib: "Bu, qətiyyən qəbuledilməzdir. Həmin polislərə dair araşdırma aparılacaq”.