İranlı mühacir Norveç parlamentinin sədri seçildi

İranlı mühacir Norveç parlamentinin sədri seçildi

26 Noyabr 2021 09:56
130
Bəyəndim (0) Bəyənmədim (0)

Uşaq ikən Norveçə mühacirət edən İran əsilli siyasətçi Məsud Qaraxani Skandinaviya ölkəsində parlamentinin sədri seçilib.

Oxuməni.az xəbər verir ki, o, İşçi Partiyasından namizəd göstərilib və səs çoxluğu ilə yeni lider seçilib.

Məsud Qaraxani 1982-ci ildə Tehranda anadan olub və İran-İraq müharibəsi zamanı, 5 yaşında ikən ailəsi ilə birlikdə Norveçə mühacirət edib.

O, 2017-ci ildə Buskerud dairəsinin nümayəndəsi kimi deputatlığa namizədliyini irəli sürməzdən əvvəl xəstəxanada rentgenoloq işləyib.

Qaraxani bundan əvvəl Norveçdə demokratiyanın, insanların rifahının, gender bərabərliyinin və vətəndaş azadlıqlarının gücləndirilməsi üçün fürsətdən istifadə etmək istədiyini bildirmişdi.

"Mən Məsudun vicdanlı və təcrübəli siyasətçi olduğunu bilirəm", - deyə Norveçin Baş naziri bir immiqrantın parlamentə başçılıq edə bilməsini yüksək qiymətləndirib.

Məsud Qaraxani bir neçə gün əvvəl istefa verən Eva Kristian Hanseni əvəzləyib.

Norveç parlamenti Storting kimi tanınır və dörd il müddətinə fəaliyyət göstərir.