İrəvandan vacib açıqlama: "Razılaşmaya yaxınıq..."

İrəvandan vacib açıqlama: "Razılaşmaya yaxınıq..."

28 Oktyabr 2021 00:06
Bəyəndim (0) Bəyənmədim (0)

Regional kommunikasiyanın blokadadan çıxarılması üzrə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu istismarına başlanılan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentdə bildirib.

Onun sözlərinə görə, tərəflər magistral yol xəritəsi ilə bağlı məsləhətləşmələri hələ də davam etdirirlər.

“Avtomobil yollarına gəlincə, bu məsələ ilə bağlı hələlik konsensusumuz yoxdur. Magistral yollarla bağlı çoxlu təkliflər var, amma hələ də ümumi konsensus və ya ümumi yanaşma yoxdur. Deyə bilmərik ki, hazır yol xəritəmiz var. Dəmir yolları ilə bağlı daha yaxın yanaşmalar və fikirlər var. Orada məsələlər daha aydındır”, - deyə, Qriqoryan qeyd edib.

Bildirək ki, baş nazirin müavinlərindən ibarət üçtərəfli qrup Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən yaradılıb. Yanvarın 11-də onların Moskvada keçirilən görüşündə bu barədə razılıq əldə olunub. Görüşdə digər məsələlərlə yanaşı, regional kommunikasiyaların açılması məsələsi də müzakirə edilib.