Azərbaycanlılardan ibarət “Cundullah” qruplaşması Türkmən dağında qanlı döyüşlər aparır

Azərbaycanlılardan ibarət “Cundullah” qruplaşması Türkmən dağında qanlı döyüşlər aparır

28 Oktyabr 2021 06:15
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyanın şimalında, Latakiyə bölgəsində “Əl-Qaidə”nin bazasında yaradılmış “Həyyat Təhrir əş-Şam” cihadçı qruplaşması Türkmən dağında mənzillənmiş, əsasən azərbaycanlılardan ibarət olan “Cundullah” radikal qruplaşmasına qarşı şiddətli döyüşlər aparır.

Oxuməni.az xəbər verir ki, bu haqda “Al Mayadeen” nəşri bildirir. Bir vaxtlar həmin qruplaşma “Həyyat Təhrir əş-Şam” qruplaşmasına daxil idi, amma sonradan onların arasında ziddiyyətlər yaranıb.

Bildirilir ki, hazırda bölgədə üzvləri əsasən xaricilərdən ibarət olan iki azsaylı qruplaşma-“Əbu Müslim əl-Şişani” ləqəbli çeçenin rəhbərlik etdiyi “Cund əl-Şam” və “Əbu Hənifə əl-Azəri” ləqəbli azərbaycanlının başçılıq etdiyi, təxminən 150 cihadçıdan ibarət “Cundullah” qruplaşması “Həyyat Təhrir əş-Şam” qruplaşmasına müxalifdir. Onların arasında amansız mübarizə gedir.

Bu iki qruplaşma “ən-Nüsra Cəbhəsi” kimi də tanınan “Həyyat Təhrir əş-Şam” qruplaşmasına qarşı vahid cəbhə yaradıb və onun komandiri Əbu Məhəmməd əl-Culaniyə tabe olmur. Həmin qruplaşmalar Türkmən dağında möhkəmlənib, “Həyyat Təhrir əş-Şam” yaraqlıları onlara iki istiqamətdən həmlələr edir. Bir neçə gün əvvəl “Həyyat Təhrir əş-Şam” bu qruplaşmalara qarşı özünün artilleriyasını və tanklarını da işə salıb. Bildirilir ki, Türkmən dağında mövqe tutmuş qruplaşmalarla danışıqlara heyət göndərilsə də “Cundullah” üzvləri onları edam ediblər.

“Cundullah” qruplaşmasının “Həyyat Təhrir əş-Şam”la heç cür barışmaq niyyəti yoxdur və sonadək döyüşməkdə qərarlıdır.