Rusiyada COVID-19-dan ölüm halında növbəti rekord qeydə alınıb

Rusiyada COVID-19-dan ölüm halında növbəti rekord qeydə alınıb

27 Oktyabr 2021 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada son sutka ərzində daha 36 582 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Oxuməni.az-ın Rusiya Operativ Qərargahına istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 352 601 nəfərə çatıb.

Son sutka ərzində 1123 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 233 898 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.

Qeyd edək ki, Rusiya hökumətinin koronavirusla mübarizə üçün həyata keçirdiyi ciddi tədbirlərə baxmayaraq ölkədə yoluxma və ölüm halları sürətlə artmaqda davam edir. Əhalini koronavirusa qarşı peyvəndləmədə iştirak etməyə həvəsləndirmək üçün müvafiq qurumlar tərəfindən peyvənd olunan şəxslərin arasında lotereya yarışı təşkil edilib. Lakin buna baxmayaraq nəinki peyvənd olunmayanlar, həm də olunanlar arasında yoluxma və ölüm halları yüksək olaraq qalmaqda davam edir