Rusiyaya Krım şoku: Tarixi miras geri qaytarıldı

Rusiyaya Krım şoku: Tarixi miras geri qaytarıldı

27 Oktyabr 2021 09:05
Bəyəndim (0) Bəyənmədim (0)

“Amsterdam Apellyasiya Məhkəməsinin skif qızıl kolleksiyasının Kiyevə təhvil verilməsi haqqında qərarı Rusiya təcavüzünə qarşı mübarizədə beynəlxalq hüququn aliliyini təsdiqlədi”.

Oxuməni.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti, Avropa Həmrəyliyi Partiyasının lideri Pyotr Poroşenko deyib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti 2014-cü ildən – Krımın Rusiyaya qanunsuz ilhaqından bəri Ukrayna hakimiyyəti israrla qızılların qaytarılmasına çalışırdı. O, Hollandiya Baş naziri Mark Ryutla prezidentliyi dövründə dəfələrlə apardığı danışıqları xatırladıb.

“Mən qələbəmizə inanıram, çünki Krım Ukraynadır”, - Poroşenko vurğulayıb.

Amsterdam Apellyasiya Məhkəməsi bu gün Krımda saxlanılan skif qızıllarının Ukraynanın mülkiyyəti olduğuna dair qərar qəbul edib. Hakim Paulina Hofmayer-Rütten deyib ki, qızıllar hazırda Krımda saxlanılsa da, bunlar 1991-ci ildə müstəqil olduqdan sonra Ukraynanın mirasına daxil olub.

Ukrayna Prezidenti Vladimir Zelenski məhkəmənin qərarını ədalətli adlandırıb və qızılların qaytarılmasından sonra Kiyevin Krımı qaytara biləcəyinə söz verib.