İrana qarşı müharibə ssenarisi: “İntensiv hazırlıq gedir” - Şok iddia

İrana qarşı müharibə ssenarisi: “İntensiv hazırlıq gedir” - Şok iddia

27 Oktyabr 2021 08:46
Bəyəndim (0) Bəyənmədim (0)

İran İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarına meydan oxumaq üçün bölgəyə, o cümlədən İsrail təyyarələrinin müntəzəm olaraq hava zərbələri endirdiyi Suriyaya zenit-raket batareyaları yerləşdirməyə başlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, İsrail İranın bölgədə möhkəmlənməsi, Suriya və Livanda qabaqcıl silahların qaçaqmalçılığının qarşısını almaq məqsədilə Suriyada yüzlərlə zərbələr endirib.

Nəşr bildirib ki, İran İsrail ordusu üçün əsas prioritetdir və baş qərargah rəisi general-leytenant Aviv Koçavi ehtimal olunan müharibəyə hazırlıq və hərbi təlimlər üçün əlavə müdafiə büdcəsinin ayrıldığını açıqlayıb:

“İsrail Silahlı Qüvvələri, həmçinin İranın nüvə obyektlərinin hədəf alındığı ssenarilər üçün intensiv təlimləri bərpa edib”.

Qəzet İranın İsrail və digər region ölkələri üçün böyük təhlükə yaratdığını yazıb.

Nəşr İsrail müdafiə naziri Benni Qantzın İranın ölkəsinə qarşı yaratdığı təhlükəni aradan qaldıracağı vədini də xatırladıb.