Bu ölkələr Ərdoğanın qarşısında diz çökdülər - Rus nəşri

Bu ölkələr Ərdoğanın qarşısında diz çökdülər - Rus nəşri

27 Oktyabr 06:18
428
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın “Kommersant” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasından sonra geri addım atan ölkələrlə bağlı yazıb.

Oxuməni.az xəbər verir ki, Ərdoğanın etirazından sonra Qərbin çətin seçim qarşısında qaldığı bildirilən məqalədə Türkiyə liderinin 10 ölkəni qarşısında diz çökdürdüyü qeyd edilib.

Qəzetə görə, həbsdə olan FETÖ-çü iş adamı Osman Kavala ilə bağlı qalmaqallı açıqlama verən 10 səfir Ərdoğanın “Onları persona non qrata elan edirik” reaksiyasından sonra geri addım atıb.

Məqalədə Türkiyə liderinin bu açıqlamasına da yer verilib: “Xarici işlər nazirinə göstəriş verdim, nə edəcəyini söylədim. Dedim ki, onların “arzuolunmaz şəxs” elan edilməsi ilə məşğul olun”.

Rus nəşri ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiya səfirləri Türkiyə liderinə müqavimət göstərə bilmədiklərini yazıb.

Məqalədə Ərdoğanın 10 ölkəyə meydan oxuduğu və hamısını diz çökməyə məcbur etdiyi bildirilib.

Türkiyə liderinin qətiyyətli mövqeyindən sonra geri addım atmaq məcburiyyətində qalan adıçəkilən diplomatlar Vyana Konvensiyasının 41-ci maddəsinə işarə edərək, “Sizin daxili işlərinizə qarışmayacağıq” dedilər.

Nəşrə görə, Ərdoğan savaşı öz üzərinə götürüb: “Prezident Ərdoğan Qərblə münasibətlərdə “qırmızı xətt” olaraq bildirdiyi ölkəsinin daxili işlərinə qarışmağa dözməyəcəyini açıq şəkildə bildirdi”.

Qəzet Ərdoğanın Qərbi çətin seçim qarşısında qoyduğunu qeyd edib: “Bu o deməkdir ki, ya bu çətin seçimi qəbul edin, ya da Türkiyə ilə birbaşa qarşıdurmadan qaçın”