Paşinyan Azərbaycanla sərhədi kimin qoruyacağını açıqladı

Paşinyan Azərbaycanla sərhədi kimin qoruyacağını açıqladı

25 Oktyabr 2021 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Yeni təhlükəsizlik şəraitində ölkəmizin sərhədlərinin mühafizəsi əsas prioritet olaraq qalır".

Oxuməni.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan sərhədinin mühafizəsi sərhəd qoşunlarına həvalə ediləcək.

"Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanması bu problemin həlli üçün əlverişli şərait yaradacaq”, - deyə Paşinyan bildirib.

O, həmçinin 2022-ci il üçün müdafiə büdcəsinin 2021-ci il büdcəsindən 11% çox (345 milyard dram) olduğunu qeyd edib.