Abdullah Gül səfirlərin qovulması qərarından danışdı

Abdullah Gül səfirlərin qovulması qərarından danışdı

25 Oktyabr 2021 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin 11-ci prezidenti Abdullah Gül 10 ölkə səfirinin ölkədən qovulması ilə bağlı məsələyə münasibət bildirib.

Oxuməni.az xəbər verir ki, onun fikrincə, Rəcəb Tayyib Ərdoğanın qərarı Türkiyənin xeyrinə olmayacaq.

Türkiyənin Avropa Şurasının qurucu ölkələrindən biri olduğunu söyləyən Gül 10 il Avropa Şurası Parlament Assambleyasında millət vəkili kimi fəaliyyət göstərdiyini xatırladıb:

“O zaman cənab Prezident həbsdə idi və biz sosialistlərin dəstəyi ilə onun üçün hazırladığımız mətnə 90 imza topladıq və məsələni Avropanın gündəminə gətirdik. İndi cərəyan edən hadisələr bu həddə gəlməməli idi. Bu, Türkiyə üçün böyük bir yükdür”.

Abdullah Gül səfirlərin Osman Kavalaya dair açıqlama verməsini paytaxtlarından aldıqları göstərişə əməl etmə hesab edib:

“Edilənlər qəbuledilməzdir, amma Xarici İşlər Nazirliyi artıq lazımi mesajları verib. Bizdə bir məsəl var: "Elçiyə zaval yoxdur". Bu məsələni daha böyük böhrana çevirmək, ölkəmizin marağında deyil. Bu digər böhranlara və problemlərə yol aça bilər. Bu işi Xarici İşlər Nazirliyinin öhdəsinə buraxmaq, yeni problemlər ortaya çıxarmamaq və son olaraq da çıxış yolu olmayan məqamlara çatdırmamaq lazımdır”.