İran Bakı qarşısında aclıq təhlükəsindən qorxaraq geri çəkildi: Daha bir fakt

İran Bakı qarşısında aclıq təhlükəsindən qorxaraq geri çəkildi: Daha bir fakt

24 Oktyabr 08:38
133
Bəyəndim (0) Bəyənmədim (0)

Son iki gündə Azərbaycan mətbuatında belə bir fikir formalaşıb: İranın iddiaları rəsmi Bakının sərtliyini və Türkiyə ilə ittifaqı nəticəsində susdurulub. Amma səbəb təkcə bunda deyil. Əslində hər şey çox sadə və göz önündədir.

Oxuməni.az xəbər verir ki, bu fikirləri rusiyalı tarixçi Oleq Kuznetsov bölüşüb.

Onun sözlərinə görə, bu gün İran quraqlıq səbəbindən aclıq ilə üz-üzədir və onun yaşaması üçün 8 milyon ton, gələn il üçün ehtiyatların və Toxum Fondunun yaradılması üçün isə daha 4 milyon ton taxıl lazımdır.

“Bu gün İran üçün əsas taxıl tədarükçüsü Rusiyadır və artıq İslam Respublikası bu ölkədən 3,5 milyon tona yaxın taxıl alıb.

Bu cür irimiqyaslı tədarüklər üçün yeganə nəqliyyat dəhlizi isə Azərbaycan vasitəsilə həyata keçirilir və qarşıdurma kəskinləşsəydi, bu yol İran üçün bağlana bilərdi. Bu halda İranda çörəyin qiyməti kəskin artacaqdı və Tehran bunu çox gözəl başa düşür.

İranda anlayırdılar ki, “rus çörəyi” olmadan uzun müddət münaqişə aparmaq alınmayacaq, çünki Rusiyanın Tehran ilə “nisyə” söhbəti yoxdur. Taxılın pulu qabaqcadan Rusiyaya ödənilir, sonra taxıl İrana yola düşür. Bu qədər bəsit.

Odur ki, Tehran tam şüurlu şəkildə öz seçimini edib - Bakı ilə sülh və öz yük maşınlarına Ermənistan ərazisindən Qarabağa getməsinə qadağa, əvəzində Rusiya taxılı üçün sabit və rahat Azərbaycan nəqliyyat dəhlizindən istifadə”, - deyə o qeyd edib.