Məşhur aktyor Solovyovu rinqə çağırdı: Kişi kimi döyüşək

Məşhur aktyor Solovyovu rinqə çağırdı: Kişi kimi döyüşək

23 Oktyabr 10:40
154
Bəyəndim (0) Bəyənmədim (0)

Aktyor, rejissor və şoumen Nikita Ciqurda teleaparıcı Vladimir Solovyov, vəkil Jorin və müğənni Valerinin prodüsseri və əri İosif Priqojnını məhkəməyə verib.

Oxuməni.az xəbər verir ki, “Moskovskiy komsomolets”ə açıqlama verən aktyor onlara qarşı iddiasını rinqdə döyüşlə əvəzləyə biləcəyini də deyib.

Ciqurda qeyd edib ki, adıçəkilən şəxslər media vasitəsilə dəfələrlə onun dəli, psix, mənasız aktyor və s. olması barədə yalan yayıblar:

“Baxmayaraq ki, mən Çeçenistanın xalq artisti, Kabardin-Balkarın əməkdar artistiyəm, psixiatra getdim və sağlam olmağımla bağlı arayışı mediaya təqdim elədim. Ancaq Solovyov, Jorin və Priqojin məhkəmədə cinayətkar hərəkətlərinə görə cavab verəcəklər”.

Aktyor bildirib ki, Solovyov və digərləri yalanlarına görə kişi kimi cavab verməkdən imtina ediblər:

“Onları duel əvəzi rinqə döyüşə çağırdım, yalanlarına cavab versinlər, ancaq imtina etdilər. Ona görə də vəkilimin məsləhəti ilə məhkəmə iddiası qaldırdım”.

Buna baxmayaraq, Ciqurda onlardan birinin MMA qaydasında döyüşə çıxmağa razı olacağı təqdirdə məhkəmə iddiasından geri çəkiləcəyini bildirib.

Ciqurda onu da deyib ki, oktyabrın sonunda teleaparıcı Otar Kuşanaşvili ilə təkbətək döyüşü olacaq. Çünki Kuşanaşvili sözlərinə görə cavab vermək üçün döyüşə razı olub.

Qeyd edək ki, bundan öncə Ciqurda deputat Vitali Milonovla rinqə çıxıb və ona qalib gəlib.

1 / 1

StartStop