İstanbulda 4 rus casusu yaxalandı - Çeçen müxalifətçilərə hücum planının üstü açıldı

İstanbulda 4 rus casusu yaxalandı - Çeçen müxalifətçilərə hücum planının üstü açıldı

21 Oktyabr 16:38
163
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulda dörd əcnəbi siyasi və hərbi casusluq ittihamıyla saxlanıb. Onların dördü Rusiya, qalanları Özbəkistan və Ukrayna vətəndaşlarıdır. Həmin şəxslərin Türkiyədə yaşayan çeçen müxalifətçilərə hücum hazırladığı, bu məqsədlə silah aldığı bildirilir.

Oxuməni.az xəbər verir ki, “Hürriyet” qəzeti həbs olunanların adlarını da açıqlayıb. Rusiyalılar Abdulla Abdullayev, Rövşən Əhmədov, Beslan Rasayev və Aslanbek Abdulmüslimovdur. Ukrayna və Özbəkistan vətəndaşlarının isə İqor Yefrim və Amir Yusipov olduqları deyilir.

“Sabah” qəzetinin məlumatına görə, istintaq saxlananların Rusiyaya işlədiyini bildirir. Onlara irəli sürülən maddələrdə 15-20 il həbs cəzası nəzərdə tutulub. Rusiya səfirliyi və Xarici İşlər Nazirliyi isə hələlik, xəbərə münasibət bildirməyib.

Əcnəbilərə qarşı xüsusi əməliyyatı Türkiyənin Milli kəşfiyyat təşkilatı və İstanbul polisinin terrorçuluqla mübarizə idarəsi aparıb. Şübhəlilərdən üç tapança, patron və digər silahların götürüldüyü bildirilir.

2016-cı ildə Türkiyədə qətl ittihamıyla rusiyalılar Yuri Anisimov və Aleksandr Smirnov saxlanıblar. Onlar Çeçenistanın müstəqilliyinin tərəfdarı olan yeddi çeçenin qətlində əli olmaqda təqsirli biliniblər.

Türkiyə polisi təqsirləndirilənləri Rusiya xüsusi xidmətinin əməkdaşları hesab edir. Həmin şəxsləri ilhaq edilmiş Krımda həbs olunmuş, Rusiyanın ekstremist təşkilat hesab etdiyi Krım Tatar Milli Məclisinin həmsədrlərinə dəyişdiriblər.