ABŞ Ermənistanda insan hüquqlarının pozulmasından narahatdır

ABŞ Ermənistanda insan hüquqlarının pozulmasından narahatdır

21 Oktyabr 2021 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

"Son aylarda Qərb hakimiyyəti və beynəlxalq təşkilatların Ermənistan hakimiyyətinin davranışlarından narazılığı artmaqdadır. Bunu Soros dairələrinin narazılığından və Qərb tərəfindən maliyyələşdirilən medianın davranışından görmək olar. Onlar, hökumətpərəst mövqedən çıxaraq, bir anda hakimiyyəti sərt tənqid xəttinə keçib, amma ortada başqa sübutlar da var".

Oxuməni.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu belə davam etdirib:

“ABŞ səfiri son vaxtlar vətəndaş cəmiyyəti və müxalifət də daxil olmaqla, müxtəlif dairələrlə görüşür və Ermənistanda baş verənlərdən narazılıqlarını gizlətmir. Narahatlıqlar bir neçə istiqamətdədir. İlk növbədə, söz azadlığı ilə bağlı məsələlərdə.

ABŞ səlahiyyətliləri ölkəmizdə böhtan və təhqirin cinayət sayıldığını və buna görə də, cərimələrin artırıldığına təəccüblənirlər. Onlar Alen Simonyanın müəllifi olduğu qanun layihəsində çoxlu problemlər görürlər. Növbəti istiqamət ondan ibarətdir ki, qeyri-qanuni əmlakın müsadirəsi ilə bağlı qanun özbaşına şəkildə yalnız hakimiyyətin hədəflərinə şamil edilir.

Digəri məsələ amerikalı rəsmilərin fikrincə, hakimiyyəti məğlub edən icmaların genişlənməsidir. Nəhayət, ABŞ hökuməti siyasi rəqiblərin təqibindən narahatdır. Gorus bələdiyyə başçısı müavininin və Qarakilsə (Sisian) bələdiyyə başçısının tələsik azad edilməsinin də bu şikayətlər əsasında olduğu düşünürük".