Peyvənd vurduranlar 10 mənzil sahibi ola biləcəklər

Peyvənd vurduranlar 10 mənzil sahibi ola biləcəklər

20 Oktyabr 06:29
189
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 18-dən noyabrın 21-dək koronavirus peyvəndinin birinci və ya ikinci dozası ilə peyvənd edilən Moskva sakinləri paytaxtdakı mənzillərə sahib ola biləcəklər.

Oxuməni.az xəbər verir ki, bu barədə Moskva şəhər merinin rəsmi saytında məlumat verilib.

“Oktyabrın 27-dən başlayaraq beş həftə ərzində hər həftə Moskvada iki otaqlı iki mənzilə sahib olmaq üçün lotereya oynanılacaq. Çəkilişlərdə Rusiyanın yetkin vətəndaşları iştirak edə biləcəklər. Bunun üçün CoViD-19 peyvəndinin ilk komponentini almalı və ya 18 oktyabrdan 21 noyabradək təkrar peyvənd olunmalısınız. Peyvənd məntəqələrində, çəkilişdə iştirak etmək üçün razılıq verməlisiniz", - məlumatda vurğulanır.

Püşkatma mərasimi beş həftə ərzində hər çərşənbə günü "Moskva 24" telekanalında keçiriləcək. Qaliblər yayım zamanı açıqlanacaq və adları mos.ru saytında yayımlanacaq.