Suriyada gərginlik artır, T-90 tankları bölgəyə göndərilir...

Suriyada gərginlik artır, T-90 tankları bölgəyə göndərilir...

18 Oktyabr 09:36
58
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyanın şimalında vəziyyətin gərginləşdiyinə dair yeni məlumatlar yayılıb. Virtualaz.org xəbər verir ki, Türkiyə ordusunun PKK/YPG terrorçularına qarşı yeni hərbi əməliyyatlara başlaya biləcəyinə dair xəbərdarlıqlardan sonra Əsəd rejimi də şimala əlavə qoşun hissələr və texnika cəmləşdirir.

Oxuməni.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Suriya ordusunun T-90 tanklarını, BMP-2 piyadaların döyüş maşınlarını və digər silahlarını daşıyan karvan Tel-Rifat qəsəbəsinə tərəf hərəkət edib. Belə ki, Türkiyə ordusunun və onun müttəfiq qüvvələrinin-müxalif qruplaşmaların hücumunun birinci hədəfinin məhz bu rayon olacağı gözlənilir.

Bundan əvvəl Rusiyanın Suriyaya tanklar ə digər zirehli texnika daşıyan desant gəmisinin hərəkət etdiyi məlum olmuşdu.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında sentyabrın sonlarında Soçidə baş tutmuş danışıqlara baxmayaraq Suriyanın şimalında eskalasiya artmaqdadır. Bu günlərdə Türkiyə tərəfi bölgədəki türk hərbçilərinə artan hücumlara görə Rusiya və ABŞ-ın məsuliyyət daşıdığını bəyan etmişdi.

Bölgədən verilən digər məlumata görə, Rusiya təyyarələri ötən gün müxalif qüvvələrin nəzarətində olan və Türkiyə ordu bölmələrinin də yerləşdiyi bölgələrə xəbərdarlıq vərəqələri səpiblər. Həmin vərəqələrdə müxalif silahlılara ultmatum verilir və mülki əhali xəbərdar edilir ki, bölgədə mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı raket, artilleriya və hava zərbələrindən zərər çəkə bilərlər.

Digər məlumata görə, Suriya ordusunun hissələri müxalif yaraqlıların güclü artilleriya zərbələrinin ardınca Ayn əl-İssa rayonundan geri çəkiliblər. Həmin rayonda Rusiya ordusunun müşahidə postları da yerləşirdi. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Rusiya vertolyotları bölgədən geri çəkilən Əsəd qoşunlarını havadan müşaiyət edir.virtualaz.org