Ararat (Vedi) rayonunda 400-600 nəfərdən ibarət Fransız hərbi kontingenti yerləşdiriləcək: Şok  iddia

Ararat (Vedi) rayonunda 400-600 nəfərdən ibarət Fransız hərbi kontingenti yerləşdiriləcək: Şok iddia

15 Oktyabr 06:21
265
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ermənistanı tərk edir, əvəzində yaxın aylarda Fransa Vediyə 600 nəfərlik hərbi kontingent yerləşdirirş

Oxuməni.az xəbər verir ki, bu barədə məlumatlar erməni sosial şəbəkələrində müzakirəyə çıxarılıb və böyük rezonans doğurub.

Vedi rayonu çox mühüm strateji əhəmiyyətə malikdir və Türkiyə və Naxçıvanla sərhədə yaxın yerləşir. Həmçinin Türkiyə və Ermənistan arasındakı dəhlizə yaxın bir məsafədədir.

Ermənistandakı Rusiya kontingentinə gəlincə əldə olunan məlumatlara görə, “102 –ci” hərbi bazada tezliklə ixtisarlar başlayacaq. Məlumata görə, Suriya və Kalininqradda hərbi bazaların və kontingentin sayı genişləndirilir.

Çoxları başa düşür ki, Rusiya Ermənistanı elə-belə tərk etməyəcək. Bu həqiqətən də belədir. Lakin Fransa bunun qarşılığında Cənubi Qafqazdakı mövqeyini gücləndirmək üçün, Mərkəzi Afrika Respublikasında güzəştə getməyə hazırdır.