“Biz yolu açmağa hazırıq, dəhliz yox” – Ermənistan inad edir

“Biz yolu açmağa hazırıq, dəhliz yox” – Ermənistan inad edir

14 Oktyabr 16:34
329
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistan yol verməyə, Azərbaycan və Türkiyənin bu yollardan hərəkət üçün istifadə edə bilməsindən ötrü bütün mövcud yolları açmağa hazırdır. Lakin bütün bu yollar Ermənistanın suveren nəzarəti altında olacaq"

Oxuməni.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Tasnim agentliyinə müsahibəsində bildirib.

"9 noyabr və 11 yanvar tarixli bəyanatlarının məntiqi ilə Ermənistan Asiya ölkələri, eləcə də Rusiya ilə əlaqə saxlamaq üçün Azərbaycan ərazisindən istifadə etmək imkanı əldə edəcək. Başqa sözlə, Azərbaycanın avtomobil və dəmir yolu infrastrukturundan istifadə etmək imkanımız olacaq. Öz növbəsində Azərbaycan da Naxçıvanla əlaqə saxlamaq üçün Ermənistanın yollarından istifadə etmək imkanı əldə edəcək", - o deyib.

İnfrastrukturun açılması Naxçıvana dəmir yolu vasitəsilə Yerevandan İrana və oradan Fars körfəzi - Çabahar limanına qədər getməyə imkan verəcək. İran həmçinin Yerevan, Tbilisi ilə əlaqə saxlamaq imkanı əldə edəcək, eləcə də Avropaya mal və xidmət ixrac edə biləcək. “Ermənistanda yolların açılmasını belə görürlər”, - Qriqoryan deyib.

Eyni zamanda o, Azərbaycandan Naxçıvana gedən yolun Laçın dəhlizi kimi eyni statusa malik olacağını istisna edib.