Putinlə Paşinyanın görüşündə sülh anlaşmasının imzalanması müzakirə edilməyib

Putinlə Paşinyanın görüşündə sülh anlaşmasının imzalanması müzakirə edilməyib

13 Oktyabr 06:27
172
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Vladimir Putinin Nikol Paşinyanla əsas müzakirə mövzusu üçtərəfli bəyanatların icrası, demarkasiya və delimitasiya məsələləri, o cümlədən Türkiyənin təklif etdiyi “3+3” formatıdır.

Oxuməni.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında erməni politoloq Ervand Bozoyan Putin-Paşinyan görüşünü şərh edərkən deyib.

Bozoyan xatırladıb ki, Türkiyə Prezidenti Ərdoğan hələ 2008-ci ildə belə bir təşəbbüslə çıxış etmişdi, sadəcə, o vaxt “Qafqaz platforması” adlanırdı. O vaxt bu təşəbbüsə Rusiya o qədər də aktiv reaksiya vermədi:

“Ancaq İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda geosiyasi konfiqurasiya dəyişdi, AB və ABŞ-ın regionda rolu zəiflədi, əvəzində Türkiyənin mövqeyi gücləndi. Bunu nəzərə alaraq Rusiyanın da mövqeyinin dəyişdiyini düşünmək olar. Yeri gəlmişkən bu fakt öz maraqlarına təsir edə biləcək prosesdən kənarda qalmaq istəməyən Tehranın hazırkı fəaliyyətini izah edir”.

Bozoyan bildirib ki, sülh sazişinin görüşdə müzakirə edildiyini düşünmür:

“Hazırda çoxsaylı çətin suallar var və onların həlli üçün zaman lazımdır. Əsas demarkasiya və delimitasiya, kommunikasiyaların açılması və Qarabağın “statusu”dur”.