Erməni siyasi şərhçi Gürcüstanı hədələdi:  “Cavax”dakı erməniləri ayağa qaldıracağıq

Erməni siyasi şərhçi Gürcüstanı hədələdi: “Cavax”dakı erməniləri ayağa qaldıracağıq

12 Oktyabr 2021 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Gürcüstan hakimiyyəti antierməni addımlar atmazdan öncə “Cavax”ı (Gürcüstan Cavaxeti əyaləti - red.) yada salsınlar.

Oxuməni.az xəbər verir ki, bunu siyasi şərhçi Tevos Arşakyan deyib.

O, Gürcüstanı hədələməkdən də çəkinməyib:

"Bu, bizim torpaqlardır. Tbilisi ağlını başına yığmasa, biz “Cavax”dakı erməniləri ayağa qaldıracağıq. Hazırda Gürcüstan Azərbaycana və Türkiyəyə sərf edən addımlar atır, Ermənistanın maraqlarını isə ümumiyyətlə, nəzərə almır. Bu, gürcülərə baha başa gələ bilər".

Qeyd edək ki, Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində əhalinin əksər hissəsini ermənilər təşkil edir və onlar Cavaxeti bölgəsini, ermənicə "Cavax" deyə adlandırırlar. Bölgədə erməni separatizmi öz təhlükəsini günü bu günə qədər qorumaqdadır.

Xatırladaq ki, sabiq prezident Mixeil Saakaşvilin hakimiyyəti dövründə Axalkalakidə fəaliyyət göstərən Birləşmiş Cavax Demokratik Alyansı, sədr Vahağn Çaxalyan başda olmaqla bölgədə separatçı fəaliyyətlər həyata keçirmiş, nəticədə Gürcüstan höküməti tərəfindən Çaxalyan dəfələrlə həbs edilib.