Bölgədə hərbi fəallıq: Rus donanması raket sistemlərini işə saldı

Bölgədə hərbi fəallıq: Rus donanması raket sistemlərini işə saldı

12 Oktyabr 2021 09:21
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Sakit Okean Donanmasının “Varyaq” raket kreyseri və sualtı “Admiral Tributs” gəmisi Yapon dənizində raket atışları həyata keçirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada manevrlərin yay təlim dövrünün son yoxlanışları olduğu bildirilib.

Təlim zamanı “Varyaq” və “Admiral Tributs” gəmiləri “Fort”, “Kinjal” və “Osa”' raket kompleksləri ilə sürətli hava hədəflərinə atəş açıb.

Gəmilər hədəf raketlərini uğurla zərərsizləşdirib.

Təlimə Sakit Okean Donanmasının 12 hərbi gəmisi qatılıb. Sözügedən gəmilər raketlərin atıldığı bölgənin təhlükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirir.

Təlim çərçivəsində ümumilikdə 10 raket atılıb.